Kəmaləddin Heydərov əmr imzaladı
Vətəndaşların təhlükəsizliyi təmin edilməlidir.
Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bayramla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Novruz bayramı günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu, insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət