Slimfit
  1. AZƏRBAYCAN

Kəmaləddin Heydərov Cəlilabada gedir

Kəmaləddin Heydərov Cəlilabada gedir
Sakura

Kəmaləddin Heydərov Cəlilabada gedir

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Cəlilabad rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

FHN-dən Axar.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 4 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən isə 5 oktyabr 2019-cu il tarixdə Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Masallı rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Daha bir qəbul Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 5 oktyabr 2019-cu il tarixdə Lənkəran şəhərində, Nazirliyin Cənub Regional Mərkəzinin binasında keçiriləcək. Nazir müavini saat 11.00-dan Lənkəran rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 5 oktyabr 2019-cu il tarixdə Cənub Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

 

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR