Slimfit
  1. CƏMİYYƏT

Kəlbəcərdə yaralanan rejissor danışdı: “Həkimlər məni müayinə edib”

Kəlbəcərdə yaralanan rejissor danışdı: “Həkimlər məni müayinə edib”
Sakura

Kəlbəcərdə yaralanan rejissor danışdı: “Həkimlər məni müayinə edib”

Kəlbəcər rayonunda minaya düşərək xəsarət almış şəxslərdən biri - AzTV-nin rejissoru Emin Məmmədov səhhəti barədə açıqlama verib. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,  Dövlət Televiziyasının efirinə bağlanan E. Məmmədov vəziyyətinin stabil olduğunu vurğulayıb:

“Səhər tezdən bizi hospitala yerləşdiriblər. Həkimlər məni müayinə edib. Hazırda vəziyyətim normaldır. Digər yaralanan şəxslərdən biri də icra nümayəndəsidir. O reanimasiya şöbəsinə yatırılıb. Hazırda vəziyyəti ağırdır”. 

Qeyd edək ki, bu gün Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək həlak olublar. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR