Dərc edildi: Baxış sayı: 762
Kəlbəcərdə işğaldan sonra salınmış yeni kənddən tar sədaları altında ingiliscə reportaj
Erməni mənbələri Kəlbəcər ərazisində işğaldan soonra salınmış “Knaravan” adlı kənddən video-reportaj yayımlayıb.
Moderator.az-ın Mirkazım Laçın Alxaslının “You Tube” dəki kanalına istinadla təqdim etdiyi video-yazıda aparıcı ermənilərin zəbt etdiyi Azərbaycan dağlarından tar sədaları altında ingiliscə şərh verir...
“Knaravan” kəndi Kəlbəcər rayonunun Qanlıpəyə, Güneypəyə və Çəpli kəndlərinin əhatəsində meşəliklə örtülü və yaşayış üçün əlverişli olan gözəl mənzərəli yerdə salınıb. Məntəqə ABŞ-da yaşayan erməni xeyriyyəçisi Karapet Arutyunyan tərəfindən 2003-2004-cü illərdə salınıb. Kəndin adı da həmin erməni milyonçunun arvadı Knar Arutyunyanın şərəfinə qoyulub.
Son məlumatlara görə, 15 il öncə salınmış kənddə hazırda cəmi 20-30 yaşayış evi və 200-ə yaxın əhali vardır. “Knaravan”da hər bir ailəyə şəxsi yaşayışı üçün 15-20 kv m-dən 90 kv.m-ə qədər sahəsi olan ev, suvarma sistemi qurulmuş 2000 kv. m. torpaq sahəsi verilir.
Videodan da göründüyü kimi, ermənilər dayanmadan Qarabağın tarixini dəyişməyə cəhd göstərirlər. “Knaravan” kəndi yaxınlığında Azərbaycanda xristian albanların yaşadığı dövrə aid olan Andaberd qalası yerləşir. Ətrafa sonradan daşınmış xaç daşlarının köməyi ilə də işğalçılar dünyaya bu yerlərdə min illərdir yaşadıqlarını təlqin etməyə çalışırlar...
Sultan Laçın
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət