Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kefirin bu faydalarını bilirdinizmi?

Kefirin bu faydalarını bilirdinizmi?
Sakura

Kefirin bu faydalarını bilirdinizmi?

Kefir süd məhsulları arasında xüsusi yer tutur. Mütəxəssislər kefiri daha çox müalicəvi məhsul kimi qiymətləndirir.

Kefir bağırsaqların mikroflorasını yaxşılaşdırır, disbakteriozla mübarizə edir, immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır.

Saglamolun.az medikforum.ru-ya istinadla xəbər verir ki, İsveçrə və Kanada alimləri piylənmədən əziyyət çəkən 125 qadın və kişi iştirakı ilə araşdırma aparıblar. Araşdırmada kefirin istehlakının bədən çəkisinə olan təsiri araşdırılıb. Məlum olub ki, kefirin istehlakı bədən çəkisinin azalmasına kömək edir.

Bundan əlavə alimlər aşkar ediblər ki, kefir allergiyalarla mübarizədə effektlidir. Kefirin istehlakı allergiyanın simptomlarını azaldır.

Nəzərə almaq lazımdır ki, bütün bunlar yalnız təzə kefirə aiddir.

Bəzi insanlar kefiri qatıqla qarışdırır. Lakin bu ayrı-ayrı məhsullardır. Kefir xüsusi üsulla hazırlanır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR