Slimfit
  1. MARAQLI

Keçmişin "su dünyası". Bir vaxtlar Yer qlobal okean idi - tədqiqat

Keçmişin "su dünyası". Bir vaxtlar Yer qlobal okean idi - tədqiqat
Sakura

Keçmişin "su dünyası". Bir vaxtlar Yer qlobal okean idi - tədqiqat

Alimlərin fikrincə, üç milyard yarım il əvvəl planetimizdə heç bir qitə yox idi. Yalnız bəzi kiçik adalar suyun altında görsənirdi.

 

"Nature Geoscience" yazır ki, keçmişdə Yer bir okean planeti olub. Bildirilir ki, alimlər bu nəticəyə Avstraliyanın şimal-qərbindəki qayaların kimyəvi tərkibini təhlil etdikdən sonra gəliblər. Tədqiqatçıların fikrincə, vaxtilə hidrotermal qapılar olan təpələr var. Ayova Universitetinin (ABŞ) professoru Benjamin Consonun sözlərinə görə, onlar dəniz suyu ilə qarşılıqlı münasibətləri hələ də "xatırlayırlar". Geoloqlar bunu nümunələrdə ağır oksigen izotopunun - oksigen-18 miqdarının artması ilə təyin ediblər.

Məsələ bundadır ki, milyardlarla il əvvəl ondan okeanlarda indikindən daha çox var idi, lakin zaman keçdikcə yer üzü onu uddu. Ən yüksək konsentrasiyası dəniz çöküntülərində qaldı. Buna görə də onun adı çəkilən Avstraliya təpələrində bolluğu paleoarxeya dövründə (3.6-3.2 milyard il əvvəl) bu ərazinin okean sularına batdığını göstərir. Alimlər bu dövrdə dünyanın müxtəlif yerlərində kiçik adaların ola biləcəyini istisna etmirlər, ancaq qitələrin olduğundan əmin deyillər.

Ens.az xəbər verir ki, tədqiqatçılar kəşflərini Hollivudun "Su aləmi" filminin süjeti ilə müqayisə ediblər. Orada hadısələr gələcəkdə baş verir - Yerdəki buzlaqlar tamamilə əriyir və bütün qitələr su altında qalır.

Mənbə: life.ru/

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR