Slimfit
  1. MARAQLI

Keçmişə qayıdaq: ən qədim "layklar" - daş dövründə necə dostluq edirdilər

Keçmişə qayıdaq: ən qədim "layklar" - daş dövründə necə dostluq edirdilər
Sakura

Ən qədim "layk"lar : Daş dövründə necə dostluq edirdilər

Elm adamları ilk "bəyənmələrin" necə göründüyünü aşkar ediblər.

Amerikalı arxeoloqlar aşkar ediblər ki, qədim Afrika qəbilələri münasibət qurarkən, hazırki insanların sosial şəbəkələrdə "bəyənmə" mübadiləsinə bənzər qaydada dəvəquşu yumurtasının qabığından muncuq mübadiləsi edirmişlər. Alimlər deyir ki, sosial əlaqələrin qurulması, resurs çatışmazlığı vəziyyətində başqa bir qəbilə nümayəndələrinin dəstəyini almağa və hətta özünə partnyor tapmağa imkan verirmiş.

Miçiqan Universitetinin tədqiqatçıları hesab edirlər ki, Afrikadakı ovçuluq və yığıcılıqla məşğul olan qəbilələr 33 min il əvvəl sosial şəbəkələr yaratmışlar və dəvəquşu yumurtalarının qabığından olan muncuqlar "bəyənmələrin" analoqu kimi çıxış etmişlər. Tədqiqat  Proceedings of the National Academy of Sciences jurnalında dərc edilmişdir.

Afrikadakı Lesoto dövlətinin ərazisində aparılan qazıntılar zamanı alimlər dəvəquşu yumurtalarının qabığından muncuq dənələri tapıblar. Tədqiqatçılar Sexonqon və Melikan adlı tədqiqat yerlərində 27 muncuğu araşdırıblar. Muncuqdakı stronsium izotoplarının, yerli torpaq və su, bitki və heyvan qalığının nisbətini ölçərək tədqiqatçılar muncuqların yaşını və yaranma yerlərini müəyyənləşdiriblər. Məlum olub ki, onların bəziləri kəşf olunduğu yerdən 100 km-dən çox, bəziləri isə 300 km-dən çox məsafədə hazırlanıb. Tapıntıların yaşı təqribən 33 min il təşkil edir.

Bu gün də dəvəquşu yumurta qabığı muncuqları, ünsiyyət qurmaq məqsədilə simvolik hədiyyə olaraq Afrika ovçuları və yığıcıları arasında məşhurdur. Qurulmuş əlaqələr, müxtəlif qəbilələrin üzvlərinə həyat risklərini azaltmağa, arvad və ər tapmağa, resurslardan dəstək almağa imkan verir.

Buna görə də, belə muncuqları dəvəquşuların yaşamadığı qədim arxeoloji yerlərdə tapan alimlər hesab edirlər ki, onlar bir qəbilədən digərinə ötürülməklə o yerlərə gəlib çıxıb.

Arxeoloq Brian Stüartın dediyinə görə, qədim Lesoto ərazisindəki ovçular və yığlcılar, daha müasir qəbilələrin etdiyi kimi, dostluq əlaqələrini gücləndirərək hədiyyə mübadiləsi edirdilər Tədqiqatçılar muncuq dənələrini dağlıq ərazidə tapıblar, dəvəquşular isə aşağı ərazilərdə yaşayır və o yüksək yerlərə qalxmırdılar. Yəqin ki, dəvəquşuların yaşadığı ərazilərin sakinləri yumurtalarının qabığından muncuq düzəldir və sonra uzun məsafələrdə bir qrup insanlardan digərinə ötürülürdü. Elm adamlarının təxminləri doğrudursa, insanlar əvvəllər düşünüldüyündən on minlərlə il əvvəl sosial əlaqələri möhkəmləndirmək üçün hədiyyə mübadiləsi tətbiq edirmişlər.

Araşdırma müəlliflərinin fikrincə, səhralardan uzaqda yaşayan qəbilələrin nümayəndələri zəngin ərazilərin sakinlərinə muncuq bağışlayırmışlar və bununla da dostluqlarını simvolik olaraq möhkəmləndirirmişlər. Muncuq dənələrində deşiklər onu göstərir ki, onları, ehtimal ki, ipə düzürdülər.

"Dəvəquşu yumurtasının qabığından düzəldilən muncuqlar və onlardan hazırlanan zərgərlik məmulatları Daş dövründə Facebook və ya Twitter kimi işləyirmiş " deyir alim. "Onlar partnyorlarla əlaqələri təsdiqləyir və başqalarına bu əlaqələrin vəziyyəti haqqında məlumat verirdi."

Alimlər hesab edirlər ki, ərzaq böhranı Lesoto sakinlərini əlaqələr qurmağa vadar etmişdi - belə ki, 24-58 min il əvvəl, iqlim şəraitindəki təbəddülatlar Afrikanın daxili hissəsində qida və su ilə bağlı problemlərə səbəb olmuşdu. Müxtəlif hədiyyələr, o cümlədən muncuqlar, daha çox ehtiyatı olan qonşuları ələ almaq və aclıq vəziyyətində onların dəstəyini qazanmaq üçün istifadə edilə bilərdi.

Hərçənd, muncuq dənələrinin dəqiq funksiyası naməlumdur. Əgər hədiyyə edənlər bunun müqabilində bir şey alsaydılar, bu əşyalar bu günə qədər qalmazdı.

Araşdırma müəllifləri qeyd edirlər ki, müxtəlif qəbilələrin nümayəndələri əlaqələri qaydaya salmağa, görünür, daha erkən başlamışlar.

"Daha sonra, bu əlaqələri daha yaxşı formalaşdırmaq və qorumaq üçün yollar tapdılar - məsələn, yumurta qabığı muncuqlarını vermək" deyə, Stüart bildirir.

Qrupun gəldiyi qənaət DNA analizlərindən istifadə edilməklə əvvəllər əldə edilmiş məlumatlarla da üst-üstə düşür - əsasən qohumlardan ibarət olan müxtəlif ovçu və yığıcılar, bütün tərəflər üşün faydalı olan uzun müddətli əlaqə saxlamışlar. Mütəşəkkil ticarət və hədiyyə mübadiləsi iqlimdən asılı olmayaraq faydalı idi.

Stüart əlavə edir ki, arxeoloqlar Afrikanın qədim sakinlərinin əşyalarla necə mübadilə apardıqları barədə kifayət qədər məlumata malik idilər, lakin bu yeni tapıntı həmin prosesin çoxdan başlandığını və dəyiş-düyüş edilən əşyaların böyük məsafələrə daşındığını göstərir.

"50 min il əvvəl, iqlim çox dəyişdi və bundan sonra muncuq mübadiləsi sistemi inkişaf etdi" deyir Stuart. "Qurulmuş əlaqələr, resurslar, landşaftın vəziyyəti, heyvanlar və bitkilər, digər insanlar haqqında məlumat əldə etmək və hətta partnyorlar tapmaq üçün istifadə edilə bilərdi."

Tədqiqatçılar Lesotodan olan muncuqların daha dərindən kimyəvi analizini aparmağı, digər Afrika muncuqlarını da araşdırmağı və mənşəyini öyrənməyi planlaşdırırlar.

Mənbə: www.gazeta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR