Slimfit
  1. MARAQLI

Keçmiş tibb haqqında faktları bildikdən sonra müasir həkimlərə hörmətiniz artacaq

Keçmiş tibb haqqında faktları bildikdən sonra müasir həkimlərə hörmətiniz artacaq
Sakura

Müasir həkimlərə hörmətinizi artıracaq keçmiş tibb haqqında 21 fakt

Yaşasın tərəqqi!

Həkimlər sadə bir göstərişdən ibarət Hippokrat andı qəbul edirlər: "zərər verməyin." Ancaq tibbin zəngin tarixinə baxsaq, bunun heç də həmişə müşahidə olunmadığı məlum olur.

Təbabətin ilk günlərindən həvəsli insanlar ağrıları aradan qaldırmaq və müxtəlif xəstəlikləri sağaltmaq üçün yollar axtarırdılar. Ancaq bu yolda onlar çox vaxt səhv qərarlar, kobud səhvlərə yol verdilər və axmaq qərəzlərlə rastlaşdılar Bəzən xəstəyə kömək etməkdən daha çox zərər verdilər.

Bununla belə, hətta ən qəddar və qəribə tibbi ixtiralar belə çağdaş tibb üçün yol açaraq qiymətli bir dərs oldu.

Əvvəllər insanların necə müalicə edietdiklərini təqdim edirik:

1. Siqaret çəkmək.

XIX əsrin sonu - XX əsrin əvvəllərində nikotinin zərərləri demək olar ki, məlum olmadığı zaman insanlar yalnız zövq üçün deyil, həm də tibbi məqsədlər üçün siqaret çəkirdilər. Yəqin ki, astma xəstəsini... siqaretlə müalicə etmək ən axmaq üsul sayılmalıdır.

2. Heroin.

Qəribə təsadüf kimi heroin morfinin daha az güclü və az təhlükəli analoqu kimi icad edilmişdi. Öskürək, yuxusuzluq, bel ağrısının müalicəsi üçün təyin edilirdi ... 1898-1910-cu illərdə heroindən öskürək siropu asılılıq yaratmayan bir morfin əvəzedicisi olaraq reklam edilirdi və tez bir zamanda narkomaniyanın geniş yayılmasına səbəb oldu.

3. Metamfetamin.

Metamfetamin ilk dəfə 1893-cü ildə Yapon kimyaçı tərəfindən sintez edilmişdir. Həkimlər bunu başa düşənədək, o, bir çox xəstəliklərə - məsələn, narkolepsiya və astmaya görə təyin edilirdi və arıqlamaq üçün vasitə kimi reklam olunurdu.

4. Qarğıdalı.

Məşhur qarğıdalı lopaları həkim və aktivist Con Harvey Kelloq tərəfindən icad edilmişdir. Az adam bilir ki, doktor Kelloq bunu yeniyetmələrin masturbasiya istəklərini yatırmaq üçün düşünmüşdü. Məsələ bundadır ki, 19-cu əsrdə masturbasiya dəhşətli bir günah sayılırdı və Kelloq sağlam bir qida ilə buna qarşı mübarizə apara biləcəyinə inanırdı. Ancaq bu kömək etmədi.

5. Mariani çaxırı.

Mariana çaxırı - "Vin Mariani" 1863-cü ildə ortaya çıxan və bütün xəstəliklərə kömək edən bir şərab kimi reklam olunan canlandırıcı içki sayılırdı. İçki tez bir zaçanda sensasiyaya çevrildi və Riça Papası, Tomas Edison kimi görkəmli insanların tərifini qazandı. Məşhur Coca-Colanın yaradıcısını ruhlandıran da məhz Marianinin şərabı olub.

Bu populyarlığın səbəbi isə sadədir: kokain. İçkinin hər 100 qramında təxminən 20 mq kokain vardı.

6. Qutu respiratoru.

1950-ci illərdə təsirli bir peyvənd ortaya çıxmazdan əvvəl, poliomielit epidemiyası bir çox insanın həyatını məhv edirdi. 1952-ci ildə poliomielitin pik nöqtəsində ABŞ-da 57.628 xəstə var idi. Bu, 20-ci əsrin ən pis xəstəliklərindən biri sayılır.

O dövrdə xəstələrin həyatını xilas etmək üçün təsirli, lakin qurxunc bir üsul icad edildi. Öz-özünə nəfəs almaq qabiliyyətini itirmiş bir adam, bir neçə həftəni - bəzən də bütün həyatını keçirməli olduğu bir tabuta bənzər böyük bir metal qutuya yerləşdirildi. Qutu respiratorları "dəmir ağciyərlər" adlanırdı və döş əzələləri poliomielit nəticəsində iflic olan minlərlə insanın həyatını xilas etdi.

7. Lobotomiya.

20-ci əsrin əvvəllərində psixi pozğunluqların müalicəsi üçün metodların çatışmazlığı şəraitində lobotomiya adlı bir əməliyyat icad edildi. Bu beynin payları (hissələri) arasındakı sinir əlaqələrinin kəsildiyi bir neyrocərrahi prosedurdur. Müalicənin effektivliyinə dair hər hansı bir sübutun olmamasına baxmayaraq, lobotomiya olduqca geniş istifadə edilirdi.

8. Helmintik pəhriz.

Viktorian dövründə insanlar artıq çəkidən azad olmaq üçün radikal bir vasitə düşündülər. İdeya sadə idi: lentli qurdun yumurtasını udursan ki, parazit bağırsaqlarınızdakı yediyiniz bütün yeməkləri udsun. Guya bu yeməyi azaltmadan çəki atmağa kömək edəcəkdi.

Qurdların təhlükəli və bəzi hallarda zərərli ola biləcəyi çoxdan məlum olsa da, bu şübhəli pəhriz hələ də tətbiq olunur!

9. Malyariya müalicəsi.

20-ci əsrin əvvəllərində sifilis xəstələri malyarioterapiyaya məruz qalırdılar, yəni qızdırmaya səbəb olmaq üçün qəsdən malyariyaya yoluxurdular. Qızdırma istiliyə həssas sifilis bakteriyalarını öldürürdü. Xəstələrin təxminən 15% -i malyariyadan ölsə də, amma qalanları sağalırdı.

10. Balinanın içində oturmaq.

19-cu əsrdə Avstraliyanın cənub sahillərində revmatizmi "müalicə etmək" üçün olduqca cəsarətli bir üsul ortaya çıxdı: balinanın çürümüş cəsədində oturmaq. İnanlıırdı ki, 30 saat ərzində ölü bir balina içərisində oturandan sonra bir insan il boyu oynaq ağrısından xilas olacaqdır. Əlbəttə, bunun üçün heç bir elmi dəlil yoxdur, amma ağrıdan əziyyət çəkən zavallılar hər şeyi etməyə hazır idilər.

11. Radium suyu.

Energetik içkilərin yeni ixtira növü olduğunu düşünürsünüzsə, bilin: onlar yüz il qabaq da vardı. Üstəlik, həmin dövrdəkilər sağlamlığa daha zərərli idi!

1920-ci illərin enerji içkiləri, indiki kimi özündə kofein və taurinin at dozalarını ehtiva etmirdi, lakin ən real enerjini ehtiva edirdi: radium. Buna ən iyrənc örnək radiumun sulu bir həlli olan "Radithor" içkisidir. Təəccüblü deyil ki, o Harvarddan qovulan və tibbi təhsili olmayan Vilyam Beyli tərəfindən icad edilmişdi. "Radithor" içkisi "diri ölülər üçün müalicə" və "əbədi günəş işığı" olaraq reklam olunurdu.

12. Cəsədlərdən alınan dərmanlar.

İnsan orqanlarının hissələri qədim zamanlardan - 1890-cı illərə qədər dərman məqsədləri üçün istifadə edilmişdir. Hansıları? Bəli, hər şey!

Məsələn, epilepsiya xəstələrinə dərman kimi insan qaraciyəri yazılırdı. Ancaq ən çox qan, yağ, sümük və ət istifadə olunurdu. XVI və XVII əsrlərdə bir çox həkim müntəzəm olaraq cəsədlərdən dərmanlar təyin edərdi.

Dövrün ən məşhur dərmanları Misirdən gətirilən mumiyalardan hazırlanırdı Mumiyalanmış qalıqlar toz halına salınaraq epilepsiya, qançır və qanaxma ehtimalı vaxtı pasiyentlərə içirdilirdi.

13. Qanalma

Qanalma 3000 il əvvəl Qədim Misirdə məşhur olan ən qədim tibbi prosedurlardan biridir. Orta əsr Avropasında bu, çiçək, epilepsiya və vəba xəstəliyinə qarşı ümumi bir müalicə idi. Lakin məsələ bununla bitmədi.

Qanalma 19-cu əsrdə geniş yayılmışdı və bəzən bu gün də istifadə olunur. 19-cu əsrin sonlarında həkimlər nəhayət qanalmanın təhlükəli və faydalı olmadığını başa düşdükdə prosedur tədricən dayandırıldı. Qanalma ürəyin dayanmasına, ağır qanaxmaya və təzyiqin kəskin azalmasına səbəb ola bilər, eləcə də müxtəlif infeksiyalara və anemiyaya.

14. Civə.

Bu gün hər kəs civə buxarlarında nəfəs almağın nə qədər təhlükəli olduğunu bilir - bu ağciyərlərə və böyrəkləri zədələyə, hətta ölümlə nəticələnə bilər. Qeyri-üzvi civə duzları, qəbul edildiyi təqdirdə böyrək toksikliyinə səbəb ola bilər.

Ancaq keçmişdə bu element ömrü uzatmaq və sağlamlığı inkişaf etdirmək üçün istifadə edilmişdir. Yüz illər boyu civə, melankolik, sifilis və qripə qarşı dərmanların əsas aktiv maddəsi olmuşdur.

15. Arsen (arsen preparatı)

Arsen qədim dövrlərdən bəri məlum olan ən qədim dərmanlardan biridir. Lakin, arsenin zəhərli xüsusiyyətləri yaxşı məlum olsa da, bu maddə 20-ci əsrə qədər müxtəlif xəstəliklərin müalicəsində istifadə edilmişdir. Arsenik birləşmələri trypanosomiasis (yuxu xəstəliyi) və sifilis kimi xəstəliklərə qarşı bir çox balzam və həb şəklində istifadə edilirdi.

16. Timsah ekskrementləri

Qədim misirlilər hamiləliyə qarşı dərman planında çox ixtiraçı idilər. Ən qəribə metodlardan biri uşaqlıq yoluna timsah ekskrementlərini yerləşdirməyi tələb edirdi. Bunun istənməyən bir hamiləlikdən qorumaqda kömək edib etmədiyi bilinmir, lakin gigiyena baxımından çox təhlükəlidir.

17. Ağciyər doldurulması.

Vərəm üçün təsirli dərmanların meydana gəlməsindən əvvəl, plombaj ilə müalicə edilirdi. Bu prosedur 1930-cu ildən 1950-ci illərə qədər tətbiq edilib. İnanılırdı ki, belədə ağciyər daha sürətli sağalacaq, buna görə həkimlər qəsdən ağciyərlərin çökməsinə səbəb olublar.

Prosedurun gedişatında həkim yuxarı (üst) qabırğaların altında boşluq açaraq onu müxtəlif materiallarla doldururdu — akril toplar, pinq-ponq üçün toplar, yağlar, rezinlə, parafinlə və ya bintlərlə. Təəccüblü deyil ki, bu bir sıra hallarda yüksək fəsad riski daşıyırdı. Bir çox xəstədə nəfəs cə qida borusunda, aortada, və dəridə qanaxmalar, infeksiyalar meydana gəlirdi.

18. Kəllənin trepanasiyası

Trepanasiya- insan kəlləsində deşiklər açmaq, kəsmək və ya oymaq - tarixdən əvvəlki dövrlərdən bəri məlumdur. Hesab olunur ki, bu, dünyanın ən qədim cərrahi əməliyyatıdır, baxmayaraq ki, yalnız əcdadlarımızın nəyə ehtiyac duyduğunu təxmin edə bilərsiniz. Qərb təbabətində kraniotomiya 19-cu əsrə qədər baş yaralanmalarını müalicə etmək üçün geniş istifadə edilmişdir.

19. Siçan pastası.

Effektiv ağrı kəsicilərinin ixtirasından əvvəl insanlar çox anesteziya üsullarına müraciət ediblər. Ən iyrənc və mənasız yollardan biri Qədim Misirdə istifadə edilirdi: diş ağrısını aradan qaldırmaq üçün həkimlər ölü siçanlardan və bir sıra digər maddələrdən bir pasta hazırlayaraq xəstə dişlərə sürtürdülər. Bu, heç bir ağrıya kömək etmirdi, ancaq əvəzində bir çox infeksiyaya səbəb olma ehtimalı yüksək idi.

20. Hemiqlossektomiya.

Hemiklossektomiya - dilin bir hissəsinin çıxarılmasıdır ki, bu gün ən çox ağız boşluğunun xərçəngi zamanı edilən bir əməliyyatdır. Ancaq 18-19-cu əsrlərdə kəkələmə bu cür vəhşi şəkildə "müalicə edilirdi". Həkimlər problemin kökünün dil olduğuna inanırdılar, ancaq kəkələmə zamanı bu prosedur mənasıdır, həmçinin təhlükəli və hətta ölümcül ola bilər.

21. Tütün imaləsi .

Tütün tüstüsünün insanın arxasından keçməsi XVIII əsrdə müxtəlif xəstəliklərə qarşı təsirli vasitə hesab olunurdu. Tütün imalələri məsələn, baş ağrısı, tənəffüs tutulması, qarındakı soyuqdəymə və sancılar üçün təyin edilirdi. Bu üsul hətta yatalaq və vəbadan ölən insanları diriltmək üçün istifadə edilmişdir.

Hesab edilirdi ki, nikotin böyrəküstü vəziləri stimullaşdırır və adrenalin istehsalına səbəb olmaqla xəstəni sağaldacaq. Ancaq təəssüf ki, bu cür müalicənin heç bir faydası yoxdur.

Mənbə: lifter.com.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR