Dərc edildi: Baxış sayı: 500
Keçmiş prezident qocalar evində vəfat etdi
1993-cü il yanvarın 1-də dağılan Çexoslovakiyada bir müddət prezidentin vəzifələrini icra edən və ölkənin son Baş Naziri Yan Straski 79 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.
Mənbənin məlumatına görə, siyasətçi Praqa şəhərində yerləşən qocalar evlərinin birində ölüb.
Straski 1992-ci ilin 2 iyulundan həmin ilin 31 dekabrınadək keçmiş Çexoslovakiyanın Baş Naziri olub. Prezident Vatslav Qavelanın iyulun 20-də vəzifəsindən istefa verməsindən sonra Yan Straski 1993-cü il yanvarın 31-dək dövlət başçısının səlahiyyətlərini icra edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət