Slimfit
  1. CƏMİYYƏT

Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər

Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər
Sakura

Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər

"Ən böyük arzum Şuşada uşaqlığımın, məktəb illərimin keçdiyi o cığırları, küçələri gəzməkdir".

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Yeganə Qalib qızı Nəsibova deyib.

O qeyd edib ki, Şuşadan çıxandan sonra uzun illər çətinliklərlə rastlaşıblar:

"Bu illər ərzində Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yataqxanada köçkünlük həyatı yaşamışıq. Müharibə doğmalarımızı, sevdiklərimizi, illərimizi bizdən aldı. Təki bundan sonra övladlarımız müharibə görməsin, güllə səsi eşitməsinlər.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".

Xatırladaq ki, işğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR