Keçmiş arvadını alimentsiz qoymaq istəyən biznesmen bütün pullarını yandırdı
Bu barədə “Ottawa Citizen” xəbər yayıb.
Ehtimal olunur ki, o, varidatını və biznesini arvadının xəbəri olmadan satıb, sonra isə bir milyondan artıq Kanada dollarını (təqribən 1300700 AZN) bank hesabından çəkərək yandırıb. O, bu yolla keçmiş arvadını alimentsiz qoymaq istəyib.
Makkonvil pulları yandırdığı barədə məhkəməyə sübut təqdim edə bilməyib. O, yanında şahid olmadığını və prosesi videoya çəkmədiyini deyib. Ali Məhkəmənin hakimi isə onun sözlərinə inanmayıb və onu məhkəməyə hörmətsizlikdə təqsirləndirib.
Hakim vurğulayıb ki, Makkonvil pulları yandırıbsa belə, uşaqlarının rifahı üçün çalışmadığına görə təqsirkardır. Varidatı barədə məlumatı gizlətmək cəhdinə görə kişi 30 gün müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2000 Kanada dolları məbləğində cərimələnib.
Bununla belə, biznesmen maliyyə məlumatlarını məhkəməyə təqdim etmədiyi üçün uşaqlarına və keçmiş xanımına ödənəcək məbləğ barədə hakim qərar verə bilməyib. Nəticədə, sahibkar onlara heç nə ödəməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət