Slimfit
  1. MARAQLI

Keçiyə görə pitondan intiqam aldı və həbsxanaya düşdü

Keçiyə görə pitondan intiqam aldı və həbsxanaya düşdü
Sakura

Keçiyə görə pitondan intiqam aldı və həbsxanaya düşdü

Hindistanın Tamil Nadu əyalətində pitonu öldürməkdə şübhəli bilinən 37 yaşlı bir kişi tutulub. Ens.az bu ölkənin yerli mətbuatına istinadən xəbər verir ki, onun cinayətdə iştirak edən dostları ilə bərabər mühakimə olunacağı gözlənilir.

Meşə idarəsinin əməkdaşları Mayiladuturai çayının sahilində sürünənin bərbad halda olan, yandırılaraq külə dönmüş qalıqlarını aşkar ediblər. İstintaq müəyyən edib ki, pitonun qətlinə səbəb yediyi keçi olub.

Keçi sahibi, Manikumar adlı yerli sakin iki dostu - Marutamutu və Ramachandran ilə ilan axtarmağa getdi. Onlar pitonu taparaq udduğu keçini qusdurmağa nail olsalar da, başa düşüblər ki, keçi artıq ölüb. Sonra Manikumar ilandan qisas almaq qərarına gəlib və yoldaşlarını ona kömək etməyə inandırıb. Onlardan biri sürünənini quyruğundan tutub, digəri başını doğrayıb.

Daha sonra dostlar ölən ilanı çaya aparıb və yandırsalar da, izləri tamamilə məhv edə bilməyiblər. Onlarda biri deyildiyi kimi, tutulub, qalanları axtarılır. İndi vəhşi Təbiəti Mühafizə Qanununu pozduqlarına görə dostları cəza gözləyir

Qeyd edək ki, bu ilin yanvar ayında Malayziyanın Kalimantan adasının şimal-qərbində yerləşən Saravak əyalətində 5,5 metrlik pitonu öldürülüyü bildirilirdi. Onun qatillərini də həbsxana həyatı gözləyir.

 

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR