Slimfit
  1. MƏTBƏX

Keçi dərisində 3 ay mağarada saxlayırlar

Keçi dərisində 3 ay mağarada saxlayırlar
Sakura

Keçi dərisində 3 ay mağarada saxlayırlar

Mersinin Silifke rayonunda tamamilə təbii yollarla istehsal olunan dəri pendiri soyuq hava anbarı kimi istifadə edilən mağarada 3 ay mühafizə edilir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvandarlıqla məşğul olan kəndlilər aprel, may və iyun aylarında əlləri ilə sağdıqları keçi və qoyunların südünü bir müddət saxlayır. Ənənəvi mayalandırılan pendirlər xüsusi hazırlanan dərilərə basılır. Pendir sərin və rütubətsiz şəraitdə 3 ay saxlanıldıqdan sonra süfrələrə təqdim olunur. Bu pendir özünəməxsus dadı ilə fərqlənir.

İstehsalçı Əli Katarcı bildirib ki, dəri pendiri o bölgəyə xas məhsuldur. Bu pendir kənd qoyunlarının südündən hazırlanır. O bildirib ki, pendir həm tam yağlı süddən, kərə yağı istehsalından qalan ayrandan da düzəldilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR