Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Keçən il ölkəmizdə xəstələnmə faizi inişilkinə nisbətən xeyli azalıb

Keçən il ölkəmizdə xəstələnmə faizi inişilkinə nisbətən xeyli azalıb
Sakura

Keçən il ölkəmizdə xəstələnmə faizi inişilkinə nisbətən xeyli azalıb

Ötən ilin yanvar-noyabr aylarında 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə pedikulyozla xəstələnmə halları 36,3, hepatit A virusu ilə 26, 3, hepatit C virusu ilə 20,7, skarlatina ilə 18,8, kəskin bağırsaq infeksiyaları ilə 15,6, hepatit B virusu ilə 6,7, suçiçəyi ilə 0,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı pedikulyoz üzrə 37,5, hepatit A virusu üzrə 33,3, hepatit C virusu üzrə 21,1, skarlatina üzrə 18,7, kəskin bağırsaq infeksiyaları üzrə 16,1, hepatit B virusu üzrə 7,1, suçiçəyi üzrə 1,4 faiz azalıb.

Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı qoturluq, qonokokk infeksiyası, immun çatışmazlığı virusunun törətdiyi xəstəliklər, brusellyoz və sifilislə xəstələnənlərin sayında artım müşahidə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR