Slimfit
  1. TARİX

Kəbəyə girişin yasaqlandığı 6 tarixi hadisə

Kəbəyə girişin yasaqlandığı  6 tarixi hadisə
Sakura

Kəbəyə girişin yasaqlandığı 6 tarixi hadisə

Martın 5-də müsəlman dünyası üçün əhəmiyyətli bir hadisə bütün ümməti sarsıtdı - Səudiyyə hakimiyyəti hacıları koronavirus infeksiyasından qorumaq üçün təvafın dayandırılmasına qərar verdi.

Ədalətli olmaq baxımından qeyd etmək lazımdır ki, Həcc ziyarətinin müəyyən şərtlər səbəbindən dayandırılması ilk dəfə deyil.  Bu tarixi və faciəli məqamları birlikdə xatırlayaq.

1. Məkkənin ilk mühasirəsi, 683-cü il.

31 oktyabr 683-cü il bazar günü Yezid və Abdullah ibn əl-Zubeyr qoşunları arasında gedən şiddətli döyüşlər zamanı baş verən atəş nəticəsində Kəbə evi qismən məhv edildi.  Sonradan Kəbəni İbrahim peyğəmbərdən (s.ə.s) örnək  götürən əl-Zubeyr tərəfindən bərpa edilib.

2. Məkkənin ikinci mühasirəsi, 692-ci il.

Bu hadisədən  9 il sonra Umayyad qoşunları şəhəri mühasirəyə aldıqda Kəbə evi yenidən zərər gördü.  Kəbənin divarları sapanddan atılan  daşlarla dağıdıldı.  Xəlifə Əbdül-Malik ibn Mərva  əvvəllər İbn əl-Zubeyranın əmri ilə  bərpa edilmiş divarların  qalıqlarını uçurmağı və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dövründəki  mövcud olan ölçülərdə bərpasına dair göstəriş verdi.

3. Daşqın, 1629-cu il.

Şiddətli yağışlardan və güclü daşqınlardan sonra Kəbənin divarları təzyiqə tab gətirə bilmədi və çökdü. Elə həmin il hakimiyyətdə olan  Osmanlı sülaləsi tərəfindən yenidən quruldu.

4. Yenə daşqın fəlakəti, 1941-ci il.

Uca Yaradana şükür olsun ki, Kəbə evi  bu dəfə zərər görməsə də, təvafın dayandırılması qərara alındı.  Bir müddət sonra cəmiyyətdə 12 yaşlı bir uşağın üzərək təvaf  etdiyi foto yayıldı.

Sonradan söylədiyi kimi, həmin  böyük sel zamanı o, Məkkədə təhsil alırmış və suyun ətrafındakı hər şeyi necə əhatə elədiyini görüb: "Bir neçə adamın, maşınların və heyvanların  su axınına məruz qaldığı  və bir neçə evin və mağazanın tamamilə su altında qalmasının şahidi oldum."

Leysan yağışların son günündə qardaşı Hanet və iki dostu- Məhəmməd Əl-Tayyib və Haşim Əl-bar ilə birlikdə nə baş verdiyini öyrənmək üçün məscidə getməyə qərar verdi.

"Tunisli müəllimimiz Abdul Rauf da bizi müşayiət edirdi.  Yaxşı üzgüçü olduğum üçün üzərək təvaf etməkdə qətiyyətli idim idim. Qardaşım və dostlarım da mənə qoşuldular ”deyə Əli əl-Avadi xatırlayır.

5. Mühasirə, 1979-cu il.

1979-cu ildə 200 silahlı sakin Səudiyyə Ərəbistandakı hakimiyyəti devirməyə çağıraraq Məscid-i Haramı ələ keçirdi.  Mühasirə 2 həftə davam etdi və yüzlərlə insanın ölümünə səbəb oldu.  Misirli tələbə Abdel Moneim Sultan bu qəddar hadisələrin şahidi olub: "İnsanlar yaraqlıları görəndə təəccüblənirdilər ... Buna öyrəşməmişdilər.  Şübhə yoxdur ki, bu onları dəhşətə gətirirdi.  Bu çox pis idi".

6. Yenidənqurma, 1996-cı il.

Kəbənin əsaslı yenidən qurulması XVII əsrdə Osmanlı İmperiyası vaxtındakı rekonstruksiyadan sonra ilk dəfə 1996-cı ilin may ayından oktyabr ayına qədər aparıldı.  Təvaf tamamilə dayandırılmasa da, qalan fotoşəkillərə görə zəvvarların sayı kəskin şəkildə azalmışdı.

Mənbə: islam-today.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR