Slimfit
  1. İDMAN

“Kayserispor”un futbolçusu Azərbaycan millisinə dəvət alıb

“Kayserispor”un futbolçusu Azərbaycan millisinə dəvət alıb
Sakura

“Kayserispor”un futbolçusu Azərbaycan millisinə dəvət alıb

Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinə dəvət alıb.

Report” xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü “Hürriyet” nəşrinə bildirib. O, təklifə müsbət yanaşdığını deyib: “Təklif gəldiyi doğrudur. Düşünürəm və isti baxıram. Millidə oynamağı hər kəs istər. Əlbəttə, Türkiyə yığmasının formasını geyinmək istərdim. Ancaq Azərbaycan millisində də oynamaq da qürurverici olar”.

Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. Ötən mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 3 qol vuran yarımmüdafiəçi karyerası ərzində “Tokatspor” və “Göztepe”nin də formasını geyinib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR