Slimfit
  1. AZƏRBAYCAN

Kayseridə Xocalı abidəsinin açılış mərasimi keçirildi

Kayseridə Xocalı abidəsinin açılış mərasimi keçirildi
Sakura

Türkiyənin Kayseri şəhərində Xocalı Şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib

Türkiyənin Kayseri şəhərində Xocalı Şəhidlərinin xatirəsinə ucaldılan abidənin açılış mərasimi keçirilib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan və Rusiya Federasiyasının millət vəkilləri, Kayseri valisinin köməkçisi Nail Anlar və sair rəsmi şəxslər iştirak ediblər.

Abidənin açılışında çıxış edən Rusiya Dövlət Duması nümayəndəsi və Siyasi Araşdırmalar İnstitutunun müdiri Ramin Qasımov, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım Xocalı qırğınını törədənlərə  ən ağır cəza tələb ediblər.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Azərbaycan və rus millət vəkilləri ilə birlikdə abidənin qarşısına qırmızı qərənfillər qoyub.

“Allah böyük gardaş Türkiyəni var etsin. Belə bir faciəni kimsənin başına gətirməsin. Xocalıda insanları arxadan vurdular. Qanlı faciəni yenidən xatırlayaraq sizi çox üzmək istəmirəm, amma bu, tarixə düşən ən qanlı faciədir. 

Xocalı qırğını, soyqırım sözünün tam mənasıdır. Təəssüf ki, faciəni törədənlər bu gün Ermənistan dövlətinin rəhbərliyindədir”, - Əli Həsənov çıxışında deyib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR