Dərc edildi: Baxış sayı: 785
Katibi (1803-1881) - Gördüyün ört, görmədiyin söyləmə
Bizdən öncələrdən qalan söz vardır
Gördüyün ört, görmədiyin söyləmə.
Duyar görər, qulaq vardır, göz vardır
Gördüyün ört, görmədiyin söyləmə.
Nasehlərin nəsihətin anlagil,
Alimlərin gəlib elmin onlagil,
Arzum budur, mənim pəndim dinləgil,
Gördüyün ört, görmədiyin söyləmə.
Ayıblarsan, sənin eybin açarlar,
Dostun-yann ölkə-ölkə qaçarlar,
Rəbbanə başına rəhmət saçarlar,
Gördüyün ört, görmədiyin söyləmə.
Oyun qurma xatun ilə, baş ilə,
Uğraşmagil dəni ilə, duş ilə,
Nə işin var yaxşı-yaman iş ilə,
Gördüyün ört, görmədiyin söyləmə.
Katibi sən izlə rahi-həqiqət
Qəbul etgil her nə desə şəriət.
Sen kimdirsen, xalqa verib nəsihət?
Gördüyün ört, görmediyin söyləmə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət