Slimfit
  1. DÜNYA

Kataloniyada İlk dəfə bu virusa yoluxma faktı qeydə alındı

Kataloniyada İlk dəfə bu virusa yoluxma faktı qeydə alındı
Sakura

Bu yaxınlarda Kataloniyada bütün İspaniya üzrə altıncı dəfə Denge virusuna lokal yoluxma faktı qeydə…

Bu yaxınlarda Kataloniyada bütün İspaniya üzrə altıncı dəfə Denge virusuna lokal yoluxma faktı qeydə alınıb.

Axar.az xəbər verir ki, qızdırmanın yayıcısı pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca məskunlaşıb. Buna baxmayaraq, yoluxma nadir hallarda baş verir.

Söhbət xəstəliyin yüngül formasından gedir. Kataloniya Səhiyyə Şurasının məlumatına görə, barselonalı gənc hələ oktyabrın ortalarında xəstələnib, lakin indi tamamilə sağalıb. Xəstəliyin əlamətləri ümumi halsızlıq, yüksək hərarət, güclü baş ağrıları və üzdə yaranan, sonra bütün bədənə yayılan sərkilərdir.

Kataloniyada qeydə alınmış yoluxma faktı İspaniyada Denge qızdırmasına altıncı lokal yoluxma nümunəsidir. Əvvəlki faktlar da elə oktyabr ayında Mursiya və Kadis şəhərlərində qeydə alınıb.

Pələng ağcaqanadı bütün Aralıq dənizi sahilləri boyunca yayıldığına görə Fransada (ilk dəfə 2010-cu ildə) və İtaliyada da lokal yoluxma halları olub. Kataloniyada belə hadisə ilk dəfədir qeydə alınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR