Slimfit
  1. PSİXOLOGİYA

Karyera qurmağa kömək edən 5 vərdiş

Karyera qurmağa kömək edən 5 vərdiş
Sakura

Karyera qurmağa kömək edən 5 vərdiş

İşdə irəliləməyimizi sürətləndirmək olar? Bizim xahişimizlə karyera prodüseri Anastasiya Batura hər kəs üçün lazımlı, uğur əldə etməyə kömək edən vərdişlərin siyahısını tərtib etdi.

Uğurlu karyera qurmaq üçün sürətlə dəyişən rəqabət mühitində yalnız peşəkar bacarıqlara malik olmaq kifayət deyil, sizi yüksəldəcək bir neçə qaydaya da riayət etmək vacibdir.

Özünüzü nə isə öyrənə biləcəyiniz insanlarla əhatə edin

Öyrənmə prosesi kəskin şəkildə dəyişib. İndi sizin müəllimləriniz ətrafınızdakı həmkarlarınız və partnyorlarınızdır.

Adət etdiyiniz fikirlər:

Uğurlu insanların əhatəsinə düşmək mümkün deyil. Yüksəkliklərə çatmış peşəkarları heç nə ilə maraqlandıra bilmərəm. Başqalarından öyrənmək əvəzinə, mən artıq özüm öyrətməliyəm.

Həqiqət:

Güclü insanlar həmişə yeni tanışlıqlara hazırdırlar, bu onlara inkişaf etməyə imkan verir. Onları güclü tərəfinizlə maraqlandırın. Müəyyən bacarıqlarına görə sizdən üstün olan on peşəkarın siyahısını yazın və onlarla ünsiyyətə başlayın.

Verdiyiniz qərarları reallaşdırın

Bir şeyə qərar verdinizsə, onu həyata keçirin. Neyrobioloqlar sübut edib ki, insan 30 saniyəyə qərar qəbul edir. Təcrübəçilər sübut edib ki, sonrakı uzunmüddətli şübhələr uğurlu işləri asanlıqla məhv edə bilər.

Adət etdiyiniz fikirlər:

Vacib qərarlar üzərində uzun müddət düşünmək lazımdır. Hər şey yalnız məndən asılı deyil. Hər şey dəyişə bilər, başqa cür hərəkət etmək lazım gələcək.

Həqiqət:

Verilmiş qərar, artıq düşünülmüş qərar deməkdir. İlk yeddi dəqiqə ərzində onu həyata keçirtməyə başlayın. Dünyada stabillik yoxdur, ona görə də özünüzü dəyişiklərə fəal reaksiya göstərməyə alışdırın.

Hər şeyin yaxşı getdiyinə inanın

İşlərinizin lazım olduğu kimi getdiyinə əminlik karyera artımına səbəb olur. Öz gücünüzə inamınız yaranır, beyniniz sakitdir və yaranmış problemləri operativ şəkildə həll edir.

Adət etdiyiniz fikirlər:

Etibar etmək təhlükəlidir. Hər şey istədiyimiz kimi getmədikdə, vəziyyəti buraxmaq mümkün deyil. Mən hər şeyi nəzarətdə saxlamağa öyrəşmişəm.

Həqiqət:

İnandıqlarınıza: Allaha, kainata, daxili gücünüzə və s. etibar edin. Biz küləyə nəzarət edə bilmirik, lakin ondan öz xeyrimizə istifadə edə bilirik.

Enerjinizi idarə edin

Böyük qələbələr yeni, daha iddialı vəzifələrin yaranmasına zəmin yaradır. Onları həll etmək üçün enerji yığmaq və onu diqqətinizə layiq istiqamətə yönəltmək ayrı bir ustalıqdır və ona yiyələnmək vaxtı gəlib çatıb!

Adət etdiyiniz fikirlər:

Dəqiq iş cədvəli qaliblər üçün, enerji haqqında söhbətlər isə ekssentrik adamlar üçündür. Bu haqda düşünməyə vaxtım yoxdur. İş bütün gücümü alır.

Həqiqət: 

Danışıqlara vaxtında gəlmək və danışıqlar zamanı effektli olmaq eyni şey deyil. Enerjisiz biz heç nə edə bilmərik. Sizə güc verən beş şeyi yazın və hər həftə onları edin.

Hər şeyi olduğu kimi qəbul edin

Bu həm imkanlara, həm ətrafdakı insanlara, ilk növbədə isə sizə aiddir. Keçdiyiniz çətinliklər və səhvlər üzərində əldə edilən təcrübədən başlayaraq hər şey sizi unikal mütəxəssis edir. Başgicəlləndirən uğurları isə onlara hazır olan hər kəs əldə edir.

Adət etdiyiniz fikirlər:

Gücünü göstərmək olanı qəbul etmək deyil, axıra qədər getmək və mübarizə aparmaqdır. Yaxşı heç nə özü-özünə baş vermir, hər şeyi çətinliklə əldə etmək lazımdır.

Həqiqət:

Gözlənilməz bir hadisə asanlıqla çətin vəziyyəti dəyişərək sizin üçün əlverişli edə bilər. Baş verənlərə sakit yanaşın və hər şeyin sizin xeyrinizə olacağına qəti şəkildə inanın. Unutmayın ki, sörfer köpüyün üstünə qışqırmır, o, dalğanı tutur.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR