Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kartof zəhərlənməsi - Bunlara diqqət edin!

Kartof zəhərlənməsi - Bunlara diqqət edin!
Sakura

Kartof zəhərlənməsi - Bunlara diqqət edin!

"Kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır. Kartofda yaşıl rəngin çoxluğu və cücərməsi sağlamlıq üçün təhlükə yaradır. Qabığı yaşıl olan kartofu yemək məsləhət deyil". Bunu Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nuranə Həsənova açıqlayıb.

Kartof faydalı elementlərlə zəngin olduğunu vurğulayan N. Həsənova bunları bildirib: “Kartof gündəlik qidamızın ayrılmaz tərkib hissəsidir və yeməklərin böyük əksəriyyətinin hazırlanmasında istifadə edilir. Kartofun tərkibi insan orqanizmi üçün faydalı zülallar, vitaminlər, mineral duzlar, su, şəkər və nişasta ilə zəngindir. Bu tərəvəz faydalı elementlərlə zəngin olmaqla yanaşı, tez həzmə gedən qida məhsuludur. Bu səbəbdən xalq təbabətində bəzi xəstəliklərin müalicəsində kartofdan istifadə edilir. Kartofun qabığını soymamışdan əvvəl təmiz yumaq lazımdır. Çünki kartof torpaqla təmasda olan tərəvəzdir, pestisidlər və s. qabıq vasitəsilə qidaya yoluxa bilər.

Kartof günəş şüası düşən və rütubətli yerlərdə saxlanılmamalıdır. Günəş şüaları kartofun qabığını yaşıllaşdırır və tərkibində xlorofil artır. Bu isə solanin adlanan maddənin əmələ gəlməsinə səbəb olur ki, nəticədə kartof acı dadır. Kartofun yaşıl rəngli hissələrində solanin maddəsinin əmələ gəlməsi əvvəlcə qabıqda başlayır, daha sonra bütün hissələrinə yayılır.

Solanin zəhərlənməsindən necə qorunmaq olar?

Əgər kartof tamamilə yaşıl rəngdədirsə, istehlak üçün yararsızdır. Kartofda yaşıl rəngin çoxluğu və cücərməsi sağlamlıq üçün təhlükə yaradır. Qabığı yaşıl olan kartofu yemək məsləhət deyil. Əgər kartofun üzərində yaşıl nöqtələr kiçikdirsə və həmin hissələri bıçaqla kəsərək qoparmaq mümkündürsə, qida kimi qəbul etmək olar.

Kartofları solanin maddəsindən qorumaq üçün mütləq şəkildə qaranlıq və sərin yerlərdə saxlamaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR