Slimfit
  1. ƏDƏBİYYAT

Karlos Fuentesin “Seçilmiş əsərləri” ilk dəfə Azərbaycan dilində

Karlos Fuentesin “Seçilmiş əsərləri” ilk dəfə Azərbaycan dilində
Sakura

övlət Tərcümə Mərkəzi məşhur Meksika yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Servantes mükafatı laureatı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabını nəşr edib...

Dövlət Tərcümə Mərkəzi məşhur Meksika yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Servantes mükafatı laureatı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabını nəşr edib.

          Kitaba müəllifin “Artemio Krusun ölümü”, “Aura” romanları və “Çak mool” hekayəsi daxil edilib.

          Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifi Saday Budaqlı, redaktorları Etimad BaşkeçidSalam Sarvandır.

          Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

 

Karlos Fuentes

(1928–2012)

 

● Görkəmli Meksika yazıçısı və diplomatı;

● 1928-ci ildə Panamada diplomat ailəsində doğulub;

● uşaqlıq və gənclik illəri Montevideo, Rio-de-Janeyro, Vaşinqton, Santyaqo və Buenos-Ayresdə keçib;

● Mexiko Milli Universitetində, daha sonra Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb;

● müxtəlif illərdə Parisdə və Londonda diplomat kimi fəaliyyət göstərib;

● 1954-cü ildə “Mübhəm günlər” adlı ilk hekayələr toplusu nəşr olunub;

● “Buludsuz, aydın diyar” (1954), “Aura” (1962), “Artemio Krusun ölümü” (1962”, “Dərinin dəyişməsi” (1967), “Uzaq ailə” (1980), “Yandırılmış su” (1981), “Qoca qrinqo” (1985), “Doğulmamış Xristofor” (1987), “Adəm Edemdə” (2009) romanlarının müəllifidir;

● əsərləri 24 dilə tərcümə olunub;

● Latın Amerikası, ABŞ və Avropa universitetlərinin fəxri doktorudur; 

● Meksikanın Milli Ədəbiyyat (1984), “Migel de Servantes” (1987), “Ruben Dario” (1994), “Pikasso” (1995) mükafatlarına layiq görülüb;

● 2012-ci ildə Mexikoda vəfat edib.

 

 Kitabı aşağıdakı mağazalardan əldə etmək olar:

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR