Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kariyes və diş ağrısı üçün qeyri-adi vasitə

Kariyes və diş ağrısı üçün qeyri-adi vasitə
Sakura

Kariyes və diş ağrısı üçün qeyri-adi vasitə

Quşüzümü şirəsi kariyesə səbəb olan bakteriyalara dişlərin üzərində “bərkiməyə” imkan vermir. Ens.az xəbər verir ki, bu nəticəyə Roçester Universitetinin mütəxəssisləri araşdırma zamanı gəliblər.

Ekspertlərin fikincə, giləmeyvədə olan vitaminlər və minerallar patogen bakteriyalara orqanizmdə qalmağa imkan verməyərək dişləri “örtməyə” qadirdir.

Maraqlıdır ki, daha əvvəl alimlər bu giləmeyvənin digər müalicəvi xüsusiyyətlərini sübut etmişdilər. Belə ki, 2001-ci ildə Viskonsin Universiteti quşüzümünün istehlakı ilə ürəyin işinin yaxşılaşması arasında əlaqəni aşkar etmişdilər.

2003-cü ildə Skrenton Universiteti aşkar etdi ki, quşüzümü insan qanındakı “yaxşı” xolesterolun miqdarını artırır.

2002-ci ildə Amerika İnfeksion Xəstəliklər Cəmiyyəti bildirdi ki, quşüzümü antibiotiklərə davamlı olan və sidik-cinsiyyət sistemi iltihabına səbəb olan patogen bakteriyaları məhv etməyə qadirdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR