Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kardioloqdan Aspirin həbi ilə bağlı XƏBƏRDARLIQ

Kardioloqdan Aspirin həbi ilə bağlı XƏBƏRDARLIQ
Sakura

Kardioloqdan Aspirin həbi ilə bağlı XƏBƏRDARLIQ

Ürək damar xəstəliklərinin müalicəsində istifadə olunan aspirin həbinin qəbulu və bundan sonra qanın laxtalanma analizinin götürülməsi hansı zərurətdən irəli gəlir?

Ens.Az Xəzər TV-yə istinadən bildirir ki, Tibb Universitetinin dossenti, kordioloq Firdovsi İbrahimov hər gün polikilinikalarda minlərlə xəstədən əsassız yerə bu analizin götürüldüynə diqqət çəkib.

O, qeyd edib ki, hətta xəstələr özü belə təkidlə müayinə zamanı bu tələblə həkimə və yaxud polikinikaya müraciət edirlər. Onun sözlərinə görə, bu sadəcə alışqanlıqdan başqa heç bir klinik nəticəyə varmağa təsir etmir:

Ürək-damar xəstələrinin vacib dərmanı olan aspirin 120 ildən artıqdıqdır ki, beyin və digər damarların tutulması zamanı müşahidə olunan hallarda  və infarkt xəstəliyinin qarşısının alınmasında geniş istifadə olunur. Bəzən ağrıkəsici, bəzən isə hərarət düşürücü bu həb həm də profilaktik olaraq da qəbul edilir.

Firdovsi İbrahimov həkim məsləhəti olmadan aspirin qəbul edilməsinin müxtəlif fəsadlara yol aça biləcəyinə də diqqət çəkib.

Kordioloq qeyd edib ki, əgər həkim göstərişi olarsa laborator təhlil yoxlanıla bilər, digər  hallarda bu könüllülük və yaxud poliklinika tələbi ilə həyata keçirilərsə nəticəyə təsir etmir.

TƏBİB-dən belə bir qayda tələbinin hansı zərurətdən yarandığı ilə bağlı münasibət  öyrənmək cəhdimiz isə baş tutmadı.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR