Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Qardaş qələmlər” (Kardeş Kalemler) Avrasiya ədəbiyyatı…
Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Qardaş qələmlər” (Kardeş Kalemler) Avrasiya ədəbiyyatı jurnalının 143-cü sayı nəşr olunub.
Kult.az xəbər verir ki, görkəmli ədib Mir Cəlalın anadan olmasının 110-cu illiyinə həsr olunan jurnalda V Beynəlxalq Kaşğarlı Mahmud Hekayə Yarışmasında Türkiyədə yer tutan hekayələr dərc olunub. Dərginin bu sayında Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovun, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin, filologiya elmləri namizədi Almaz Ülvinin, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalının, tənqidçi, filologiya elmlər doktoru Vaqif Yusiflinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Təyyar Salamoğlunun, şairə-jurnalist Şəhanə Müşfiqin Mir Cəlalın xatirəsinə bədii-publisistik yazıları yayınlanıb.
Bundan başqa, Mir Cəlalın iki hekayəsi də Türkiyə türkcəsinə uyğunlaşdırılaraq oxucuların ixtiyarına verilib.
Qeyd edək ki, dərgi Avrasiya Yazarlar Birliyi və Türkiyə Respublikasının Ankara şəhərində yerləşən “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin əməkdaşlığı sayəsində işıq üzü görüb. Yazıları dərnəyin əməkdaşı yazar-tərcüməçi Oktay Hacımusalı hazırlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət