Karateçilərimiz İstanbulda 14 medal qazandı
Azərbaycan karateçiləri 9-10 mart tarixlərində İstanbulda 32-ci "Bosphorus Cup" beynəlxalq karate turnirində 14 medal qazanıblar.
Azərbaycan Milli Karate Federasiyasından Enter.News-a verilən məlumata görə, mükafatların dördü qızıl, beşi gümüş, beşi isə bürüncdür.
Ənənəvi turnirndə 31 ölkədən 1299 müxtəlif yaşlı karateçi iştirak edib. Nəticələr aşağadakı kimidir:
Qızıl medal
Vüsal Qəmbərov (fərdi kumite, 10 yaşlı uşaqlar -30 kq)
Məhəmməd Xamoyev (fərdi kumite, 13 yaşlı uşaqlar -45 kq)
Ramil Baxşəliyev (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -52 kq)
Hüseyn Məmmədli (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr -61 kq)
Gümüş medal
Rüstəm Rzayev (fərdi kumite, 10 yaşlı uşaqlar +45 kq)
Kamil Kərimli (fərdi kumite, 11 yaşlı uşaqlar -45 kq)
Ayxan Allahverdiyev (fərdi kumite, 12 yaşlı uşaqlar -52 kq)
Rəsul Abbasov (fərdi kumite, 13 yaşlı uşaqlar -45 kq)
Osman Osmanlı (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr +76 kq)
Bürünc medal
Əli Ağayev (fərdi kumite, 10 yaşlı uşaqlar -40 kq)
Aysu Əliyeva (fərdi kumite, 13 yaşlı uşaqlar -44 kq)
Fərid Savadov (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -52 kq)
Ruslan Qafarlı (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -57 kq)
Fərid Ağayev (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr -76 kq)
Mənbə: Enter.news
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət