Dərc edildi: Baxış sayı: 478
Karateçilər yeni mövsümə İstanbulda başlayır
Azərbaycan karateçiləri 3-5 yanvar tarixlərində İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edirlər.
Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışa federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, böyüklər, eləcə də para-karate milli komandamızın 26 üzvü yollanıb. Ənənəvi turnirdə 25 ölkədən 1316 idmançı iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət