Karantini pozan sakini timsah yedi
Ruandanın cənub əyalətinin sakini, ölkə daxilində elan edilən karantini pozdu və bir neçə saat sonra vəhşi timsah üçün yeməyə çevrildi.
Faciə martın 25-də Kamoniy rayonunda, Nyabaronqo çayına balıq ovuna gedən kişinin başına gəlib. "O, karantin qaydalarını pozaraq, virusu dayandırmaq üçün hakimiyyət orqanları ilə əməkdaşlıq etməyən çox az adamdan biri oldu", rayonun meri Elis Kayittesi deyib.
Ens.az saytı xəbər verir ki, martın 27-nə olan məlumata görə, Ruandada 50 koronavirus infeksiyası qeydə alınıb. COVID-19-dan hələ heç bir insan həlak olmayıb. 12 milyon əhalisi olan bu ölkə iki həftədir karantindədir. Kütləvi tədbirlər ləğv edilib, şəhər və rayonlara giriş və çıxış bağlanıb. Yalnız kəskin zərurət halı olduqda küçəyə çıxmaq olar.
Mənbə: www.popmech.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət