Dərc edildi: Baxış sayı: 511
Karantinə görə cərimələnən sürücülərin sayı dəfələrlə azalıb
Dövlət Yol Polisi İdarəsi karantin qaydalarını pozan sürücülərin sayını açıqlayıb.
Ens.az xəbər verir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, mayın 12-dən 13-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 52580 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, karantin müddətinin ilk həftələrində gündəlik 2 mindən çox sürücü cərimə olunurdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət