Slimfit
  1. MARAQLI

Karantin zamanı ərzaq ehtiyatlarını necə saxlamaq lazımdır?

Karantin zamanı ərzaq ehtiyatlarını necə saxlamaq lazımdır?
Sakura
:0

Karantin zamanı ərzaq ehtiyatlarını necə saxlamaq lazımdır?

Qarabaşaq yarması ilə hər şey aydındır, ancaq meyvələr, xəmir məmulatları, göbələk və ya balı necə etməli?

Əgər karantinlə bağlı həyəcanlanıb çox miqdarda ərzaq ehtiyatı alıbsınızsa, saxlama üsullarını dəqiq bilmirsinizsə, bu yazı sizin üçündür. Bu məlumatlar yeməyin rasional istehlakına həsr olunub və qidanı mümkün qədər uzun müddət təzə saxlamağın yolları haqqındadır.

Beləliklə bəzi nümunələr:

Xəmirdən bişirilmiş məmulatların otaq temperaturunda və dolabda saxlanılması tövsiyə olunur. Bərkiməməsi üçün paketdən çıxarmaq olmaz. Zəruri halda soyuducuya qoyub dondurmaq da olar.

Sitrus meyvələrini orijinal qablaşdırmada soyuducuda saxlamaq daha yaxşıdır. Uzun müddətli saxlama üçün meyvələr dilimlərə kəsilərək dondurulmuş və ya sıxılmış suyu buz qəliblərinə qoyularaq dondurucuya yerləşdirilə bilər.

Banan, əksinə, qaralmaması üçün soyuducuya qoyulmamalıdır. Onlar sərin bir yerdə, şkafın yan gözlərindən birində saxlanılmalıdır. Təmizlənərək dondurula da bilər.

Göbələkləri bir mətbəx dəsmalına büküb soyuducunun alt rəfində saxlamaq məsləhət görülür. Dondurmaq mümkündür, ancaq bir-birinə yapışmamaq üçün əvvəlcədən ayırmaq daha yaxşıdır.

Balı isə günəş işığından uzaq bir sərin yerdə, kip qapaqla bağlanam bir qabda saxlamaq məsləhətdir. Bu məhsulu soyuducuya, onun dondurucusuna qoymaq olduqca arzuolunmazdır.

Mənbə: lifehacker.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR