Slimfit
  1. CƏMİYYƏT

Karantin rejiminin yenidən sərtləşdirilməsi Bakı-Sumqayıt yolunun açılmasına mane olacaqmı? - RƏSMİ

Karantin rejiminin yenidən sərtləşdirilməsi Bakı-Sumqayıt yolunun açılmasına mane olacaqmı? - RƏSMİ
Sakura

Karantin rejiminin yenidən sərtləşdirilməsi Bakı-Sumqayıt yolunun açılmasına mane olacaqmı? - RƏSMİ

Ötən gün Nazirlər Kabineti yanında operativ qərargah karantin rejimi çərçivəsində həftəsonu məhdudiyyətlərin tətbiq ediləcəyini elan edib. Mövcud vəziyyət ölkə ərazisində aparılan yenidənqurma işlərinə nə kimi təsir göstərəcək?

Belə ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri, eləcə də, ötən ildən təmirə bağlanan Bibiheybət yolunda davam etdirilən işlərin gələn həftə ərzində yekunlaşdırılacağı bildirilib.

Ötən gün elan edilən qərar vəziyyətə təsir göstərəcəkmi?

 

Ens.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazilərdə görülən işlər davam etdirilir:

“Bibiheybət yolunda, demək olar ki, yekunlaşdırma işləri gedir. Yolun bərpasında xarici mütəxəssislərin təcrübəsindən istifadə edilib. Yolun aşağı və yuxarı yamaclarında istinad divarları tikilib.

Bakı şəhərinə girişinə icazə verilən bütün nəqliyyat vasitələri bu yoldan istifadə edə biləcəklər. Layihəyə uyğun olaraq istinad divarları, ərazi boyu yeni dəmir-beton küvetlər inşa edilib, yağış kanalizasiya sistemləri qurulub.

Sabahdan etibarən yola asfalt örütüyünün çəkilməsinə başlanılacaq. Daha sonra geridə qalacaq avtomobil yolunun xətlənməsi işləri aparılacaq və növbəti həftənin sonuna qədər istifadəyə veriləcək.

Eyni zamanda, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində görülən işlər də son mərhələdədir. Layihəyə uyğun olaraq işlər artıq yekunlaşdırılıb. İstənilən halda hər iki yolda aparılan yenidənqurma-bərpa işlərinin yekunlaşdırılması nəzərdə tutulub”.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR