Slimfit
  1. CƏMİYYƏT

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı mühüm açıqlama

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı mühüm açıqlama
Sakura

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı mühüm açıqlama

“Həftəsonları küçəyə çıxma qadağasının olması vətəndaşlarımızı qorumaq istəyimizdən irəli gəlir. Biz sərt karantin rejimi dövründə sübut etdik ki, ölkəmizin milli təhlükəsizliyi baxımından bunun öhdəsindən gələ bilərik. Biz belə olacağını gözləmirdik”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Bu səhvimizin qısa müddət ərzində düzələcəyinə inanırıq. Qərardan sonra müəyyən əks-epidemik nailiyyətlər əldə olunacaq və nailiyyətləri sizinlə paylaşacağıq. Maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsək, sərt qərarlar olmaz”, - deyə sədr bildirib.

R.Bayramlı əlavə edib ki, heç bir dünya ölkəsinin xəstəxanaları say artımına tab gətirə bilməz:

“Müxtəlif resurslar işə salınıb və mütəxəssislər hazırlanıb. Bakı şəhərində xəstəxanalarda artımın olması bizi bu addımı atmağa məcbur edir”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR