Dərc edildi: Baxış sayı: 419
Karantin rejiminə görə rayon deputatlarının köməkçiləri Bakıya gəlməyib
“Mayın 15-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə seçki dairələrini təmsil edən deputatların köməkçiləri ilə görüş keçirilib”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözələrinə görə, karantin rejimi olduğuna görə bölgələrdən deputat köməkçilərini çağırmaq olmayıb:
“Görüşdə köməkçilərin fəaliyyəti barədə fikir mübadiləsi aparıldı. Regionlardan olan deputat köməkçiləri ilə videokonfrans keçirəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət