Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Karantin rejimində məktəblərdə diaqnostik qiymətləndirmənin aparılmasına dair metodiki göstərişlər hazırlanıb

Karantin rejimində məktəblərdə diaqnostik qiymətləndirmənin aparılmasına dair metodiki göstərişlər hazırlanıb
Sakura

Karantin rejimində məktəblərdə diaqnostik qiymətləndirmənin aparılmasına dair metodiki göstərişlər hazırlanıb

“Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin aparılmasına dair metodiki göstərişlər” hazırlanıb.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə və birbaşa tabeliyində olmayan digər ümumi təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib. 

Qeyd edilib ki, diaqnostik qiymətləndirmə dərs ilinin, tədris vahidinin əvvəlində (bölmə, fəsil), hər hansı bir mövzunun tədrisinin başlanğıcında, həmçinin başqa sinif və ya məktəbdən qəbul olunan şagirdlərin bilik və bacarıq səviyyəsini aşkara çıxarmaq məqsədilə aparılır. Məktəbdə diaqnostik qiymətləndirmə vasitələrinin hazırlanmasında bu məqsədlərin nəzərə alınması vacibdir. Diaqnostik qiymətləndirmənin nəticələri tədris prosesinin planlaşdırılmasına zəmin yaradır. Mövcud vəziyyətlə bağlı şagirdlərin təlim ehtiyaclarını öyrənmək, psixoloji durumunu müəyyənləşdirmək üçün psixoloqlarla birgə diaqnostik qiymətləndirmə aparılır.

Diaqnostik qiymətləndirmənin aparılması üçün məqsədlərin dəqiqliyinə və aydınlığına diqqət yetirilir. Diaqnostik qiymətləndirmə zamanı “Nəyi qiymətləndirirəm?”, “Şagirdlərin hansı bilik və bacarıqlarını dəyərləndirmək istəyirəm?” suallarına cavab axtarılır. Yeni tədris ilində təkrar mövzular yekunlaşdıqdan sonra ilk dərsin 15 dəqiqəsi diaqnostik qiymətləndirmənin aparılmasına həsr olunur. Diaqnostik qiymətləndirmə zamanı məqsədlər müəyyənləşdirilərkən fənlər üzrə təhsil proqramının məzmunu əsas götürülür. 

Diaqnostik qiymətləndirmə vasitələri hazırlanmazdan əvvəl fənlər üzrə siniflərin sonunda gözlənilən təlim nəticələrinə uyğun təməl bacarıqlar müəyyən edilir. Həmin təməl bacarıqlara əsasən ölçülə bilən qiymətləndirmə meyarları müəyyənləşdirilir. Müəyyən edilmiş meyar və indikatorlara uyğun qiymətləndirmə vasitələri hazırlanır. Diaqnostik qiymətləndirmə vasitələri ümumi sayı 20 olmaqla çətinlik dərəcələri müxtəlif olan (asan, orta, çətin) tapşırıqlardan tərtib edilir.

Diaqnostik qiymətləndirmənin üsul və vasitələri (şifahi və yazılı sorğu, açıq və qapalı cavablı suallar, nəzəri və praktik xarakterli tapşırıqlar, yazı işləri və s.) fənnin xarakterinə uyğun seçilir. Şagirdlərin bilik və bacarıqları haqqında tam təsəvvürün yaranması üçün bir-birilə əlaqəli sual və tapşırıqlardan istifadə olunur. Diaqnostik qiymətləndirmədə “düzgün” və “səhv” və ya “doğru” və “yanlış” kimi ifadələrdən istifadə edilir. Diaqnostik qiymətləndirmə I-IV siniflərdə əyani, V-Xı siniflərdə isə distant (məsafədən) keçirilir. 

Şagirdlərin müvəffəqiyyət dərəcəsi, zəif və ya güclü tərəfləri diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Diaqnostik qiymətləndirmə keçirildikdən sonra əvvəlcədən hazırlanmış meyarlara əsasən cavablar qruplaşdırılır və cədvəllərdə göstərilir. Sualların hazırlanması meyarların ardıcıllığı ilə eyni götürülür. Hər meyarın qarşısındakı “düz”, “səhv” və “cavablandırılmayıb” sözləri yazılmış xanalarda şagirdlərin sayı qeyd olunur. Şagirdlərin siyahısı və sualların nömrələri qeyd olunmuş cədvəl tərtib edilir. Cədvəldə şagirdlərin diaqnostik qiymətləndirmə suallarını cavablandırma vəziyyəti əks olunur: düzgün cavablar “D”, səhv cavablar “S”, cavablandırılmayan suallar “C” hərfləri ilə işarə edilir. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdlərin bilik və bacarıqları haqqında tam təsəvvür yaratmağa imkan verir. 

Diaqnostik qiymətləndirmənin nəticələri təhlil edilir və müəllimlər fəaliyyət planında (illik və cari planlarda) dəyişiklik aparır. Diaqnostik qiymətləndirmənin nəticələri barədə müəllimin qeydləri şagirdlərin fərdi qovluğuna qoyulur. Şagirdlərin diaqnostik qiymətləndirmə zamanı göstərdikləri nəticələrə uyğun olaraq fənn üzrə təlimin təşkilinə dair strategiyalar, forma və üsullar müəyyənləşdirilir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR