Dərc edildi: Baxış sayı: 566
Karantin rejimi necə ləğv edilməlidir? - ÜST açıqladı
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər, karantin qaydaları mərhələli şəkildə götürülməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom deyib.
“COVİD-19 sürətlə yayılır, sağalmaların sayı isə olduqca ləngiyir. Bu onu göstərir ki, koronavirusla bağlı tətbiq edilən qadağalar mərhələli şəkildə ləğv edilməlidir. Hamısını eyni anda ləğv etmək olmaz. COVİD-19-un sürətlə yayıldığını və ölümcül olduğunu bilirik. 2009-cu ildəki qrip virusundan onqat öldürücüdür”, - deyə ÜST rəhbəri bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət