Slimfit
  1. CƏMİYYƏT

Karantin rejimi Bakıda bu problemi azaltdı- Rəsmi

Karantin rejimi Bakıda bu problemi azaltdı- Rəsmi
Sakura
:0

Karantin rejimi Bakıda bu problemi azaltdı- Rəsmi

Bakı şəhərində atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, aprel ayının ilk günlərində keçirilən monitorinqin nəticələrinə əsasən Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib.

Qeyd edək ki, 2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu.

Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib.

Belə ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR