Slimfit
  1. CƏMİYYƏT

Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanıldı

Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanıldı
Sakura

Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanıldı

Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR