Dərc edildi: Baxış sayı: 841
Karantin qaydalarını pozan futbolçular cərimələndi
Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları Ceydon Sanço və Manuel Akancini cərimələyib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.
Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət