Slimfit
  1. CƏMİYYƏT

“Karantin qaydalarını bilərəkdən pozurlar” - Vitse-spiker

“Karantin qaydalarını bilərəkdən pozurlar” - Vitse-spiker
Sakura

“Karantin qaydalarını bilərəkdən pozurlar” - Vitse-spiker

Bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

O, qeyd edib ki, ölkə prezidenti koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır:

“Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına diqqətin bariz göstəricisidir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır. Təəssüf olsun ki, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər. Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR