Karantin qaydaları yenidən sərtləşdirilə bilər - RƏSMİ
“Karantin qaydalarına riayət olunmazsa, qaydalara riayət edilməzsə, karantin rejimi qaydaları yenidən sərtləşdirilə bilər”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, sərt karantin rejimi avqustun 5-dək uzadılıb:
“Hazırda sağalanların sayında artım var. Bu, müsbət haldır. Lakin karantin qaudalarına riayət edilmədiyinə dair faktlar aşkarlanır. Bu səbəbdən xahiş edirik ki, vətəndaşlar karantin rejimi qaydalarına riayət etsinlər. Əks təqdirdə, biz sərt karantin rejiminin uzadılmasına məcbur qala bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət