Slimfit
  1. PSİXOLOGİYA

Karantin məişət zorakılığının artmasına səbəb olur

Karantin məişət zorakılığının artmasına səbəb olur
Sakura

Karantin məişət zorakılığının artmasına səbəb olur

Avropanın müxtəlif ölkələrindən olan qadınların və uşaqların hüquqlarını müdafiə edən mütəxəssislər həyəcan təbili çalır

Ens.az bildirir ki, Almaniyadakı Qadın Məsləhət Mərkəzləri və Qaynar Xəttlər Birliyi (BFF) "Bir çox insanlar üçün evləri heç də təhlükəsiz yer deyil" deyib. Karantin zamanı sosial təcrid olunmadan yaranan stres, iş yerini itirmək qorxusu və yaxınlaşan maddi problemlər, ailənin içindəki gərginliyi, əgər əvvəl də belə hal vardısa, daha da artırır, qadın və uşaqlara qarşı müxtəlif növ zorakılıq riskini əhəmiyyətli dərəcədə çoxaldır, BFF xəbərdarlıq edib.

Evdən heç bir yerə çıxa bilməmək, əslində təcavüzkarla eyni otaqda kilidlənərək, uşaqlar və qadınlar onun üçün gün boyu potensial qurban olurlar. Çində qadın hüqüqlarının müdafiəsi üzrə Vaypin təşkilatının verdiyi məlumata görə, qadınlara qarşı məişət zorakılığı bir həftəlik tam karantin zamanı normal vəziyyətlə müqayisədə üç dəfə artıb.

Hətta koronavirus pandemiyası və bununla əlaqədar tətbiq olunan karantin dövrünə qədər heç bir aşkar problem müşahidə olunmayan ailələr də dözmürlər, Yuxarı Reyn (Fransa) valideynlərini birləşdirən departamentin nümayəndəsi Florans Klodper deyir. Onun sözlərinə görə, indiki çətin şəraitdə "sınan" və ailədəki vəziyyət gərginləşən valideynlər haqqında çoxlu hekayələr eşidib . Eyni zamanda, mövcud vəziyyətdəki məişət zorakılığının qurbanlarının şikayət etmək üçün heç bir yeri yoxdur və qaçmaq üçün heç bir yolu yoxdur, evdə qalmaq məcburiyyətində qalırlar və susurlar- deyir mütəxəssislər.

Bratislavadan (Slovakiya - red.) olan psixoloq Adrian Havasova, "Vəziyyət əvvəllər görünməmiş haldadır" deyir. “Karantin bir neçə ay davam edərsə, məişət zorakılığının nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirəm.

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR