Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Karantin günlərində həddən artıq yedikdə orqanizmdə nələr baş verir?

Karantin günlərində həddən artıq yedikdə orqanizmdə nələr baş verir?
Sakura

Karantin günlərində həddən artıq yedikdə orqanizmdə nələr baş verir?

Normadan artıq yemək sağlamlığın pozulmasına və ciddi fəsadlara səbəb ola bilər. Bəzi günlərdə iştah güclənir və yemək istəyinin qarşısını ala bilmirik. Odur ki, hərəkətin azaldığı, həyat tərzinin yavaşladığı karantin günlərində yediklərinizin miqdarına və tərkibinə diqqət etmək xüsusilə vacibdir.

Publika.az oxucuları həddən artıq yeməyin orqanizmdə səbəb ola biləcəyi nəticələrlə tanış edir.

Gərginlik, əsəb və konsentrasiya problemləri yaradır

Həddindən artıq yemək yedikdən sonra işinizə fokuslanmaqda çətinlik çəkəcəksiniz. Bu, onu göstərir ki, vücudunuz yediyiniz qidaları həzm etmək üçün çox çalışır. Aşırı yedikdə bədən şəkəri saxlamaq üçün daha çox insulin ifraz edir. Nəticədə şəkərin səviyyəsi xeyli aşağı düşür, bu da sizə narahatlıq yaradır. Bu "hormon oyunu" toxluq hissi vermir, əksinə daha çox yemək istəyirsiniz.

Mədədə narahatlıq

Aşırı yedikdə həzm də sürətlənir. Bu, bağırsaqlarınızın aktivləşməsinə və ishalın yaranmasına səbəb ola bilər. Yavaş-yavaş yemək və yaxşı çeynəmək bu kimi halların qarşısını almağın ən yaxşı yoludur. Əgər ishal varsa, bədənin itirdiyi mayeni bərpa etmək üçün su içməyi unutmayın.

Tərlədir

Həmişəkindən çox yemək maddələr mübadiləsini sürətləndirəcək. Ürək döyüntüsü artır və tərləməyə başlayırsınız. Təəssüf ki, onu dayandırmaq üçün edə biləcəyiniz nəsə yoxdur. Maddələr mübadiləsi bir müddətdən sonra yavaşlayır. Vəziyyəti yaxşılaşdırmaq üçün sadəcə soyuq duş qəbul edə bilərsiniz.

Mədədə artıq qaz yaradır

Yeməklə birlikdə hava da uduruq. Beləliklə, daha çox yemək daha çox hava udmaq deməkdir. Yemək yeyərkən karbonatlı içki içmək daha çox qaz meydana gətirir. Bədənimiz qidanı həzm etdikdə də qaz çıxarır. Odur ki, hava çıxış yolu tapana qədər özünüzü narahat hiss edəcəksiniz. Bunun qarşısını almaq və ya heç olmasa mədəyə gələn havanın miqdarını azaltmaq üçün yavaş-yavaş yeməyə və qidanı yaxşıca çeynəməyə cəhd edə bilərsiniz. Şişkinlik hiss edirsinizə, sürətli gəzin.

Narahatlıq yaradır

Aşırı yemək narahatlıq yaradır və yuxu gətirir. Yuxu hormonlarını pozduğu üçün tonusu aşağı sala bilər. Həddən artıq karbohidrat qəbul etmisinizsə, vaxtında yuxuya getmiş olsanız da, bədəndəki şəkərin səviyyəsi aşağı düşdüyü üçün gecə yenidən iştahınız arta bilər. Belə bir vəziyyətin qarşısını almaq üçün ən yaxşısı odur ki, yatmazdan əvvəl yeməyin. Əgər yatmazdan əvvəl çox yemisinizsə, otağı maksimum qaranlıq edin və otaq temperaturunu aşağı salın.

Başgicəllənmə yaradır

Çox yedikdən sonra yaranan başgicəllənmənin səbəbi maddələr mübadiləsinin sürətlənməsi və qidanı həzm etmək üçün ürək döyüntüsünün artmasıdır. Yenə də bu hissi tarazlaşdırmaq üçün heç bir şey edilə bilməz. Daha rahat hiss etmək və bu hissi aradan qaldırmaq üçün dincəlin, bol maye için.

Qarın şişməyə başlayır

Şalvarınızın kiçildiyini düşünə bilərsiniz, əslində böyüyən mədənizdir! Narahat olmayın, yemək həzm edildikdən sonra mədə normal ölçüsünə qayıdır. Bunun qarşısını almağın ən asan yolu yavaş-yavaş yeməkdir. Bu, qidadan aldığınız ləzzəti artırmaqla yanaşı, doyma mesajının beyninizə çatdırılmasına imkan yaradır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR