Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Karantin günlərdində psixogen qızdırma...

Karantin günlərdində psixogen qızdırma...
Sakura

Karantin günlərdində psixogen qızdırma...

Pandemiya və elan edilmiş xüsusi rejimlə əlaqədar olaraq insanlarda təşviş və həyacan yaranıb. Mütəxəssislər bildirir ki, belə hallarda insanlar özlərində xəstəlik əlamətləri axtarır və həyəcandan qızdırmaları olur.

Mövzi ilə bağlı Axar.az-a danışan pediatr Elnurə Qurbanova bildirib ki, psixogen qızdırmada titrəmə olmur. Həmçinin xəstəlik qızdırmasından fərqli olaraq, temperatur artdıqca, ürək döyüntüsü artmır:

“Xəstəlik zamanı qeydə alınan qızdırma insan yuxuda olarkən daha da qalxır. Psixogen qızdırma isə gecə normal olur, qalxmır. 5 nöqtədə hərarət ölçüləndə (aksilər və qasıq nahiyyəsində iki tərəfli, düz bağırsaqda) assimmetriya olur. Belə hallarda adətən qızdırma psixoemosional vəziyyətdən asılı olur. Qızdırma spontan da düşə bilir”.

Həkim bildirib ki, adətən psixogen qızdırma zamanı qızdırma salan dərmanların heç bir təsiri olmur.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR