Karantin dövründə sosial xidmətlər göstərən işçilərə əlavələr ödəniləcək
Xüsusi karantin rejimi dövründə sosial xidmətlər
göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və
əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə
“Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 14 aprel
tarixli 1982 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
qərara alır:
1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən
edilsin:
1.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun
rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;
1.2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun
tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar
üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət
müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial
Adaptasiya Mərkəzində çalışan işçilər.
2. Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan
müddət üçün iş vaxtına mütənasib olaraq ödənilir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət