Slimfit
  1. CƏMİYYƏT

Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri

Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri
Sakura

Karantin dövründə regionlarda yardım və maarifləndirmə tədbirləri

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycanda karantin rejiminin tətbiq olunduğu dövrdə regionlarda virusun yayılmasının qarşısının alınması üçün tibbi-profilaktik tədbirlər davam etdirilir.

Report” xəbər verir ki, həmçinin xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilir.

Gəncədə aztəminatlı ailələrə yardım göstərilib

Həyata keçirilən tədbirlər çərçivəsində Gəncədə yaşı 65-dən yuxarı olan vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq, tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar edilir.

Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə keçirilən aksiyaya sahibkarlar da qoşulub. Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı edilib, onlarla profilaktik söhbətlər aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydaları bir daha xatırladılıb, bu qaydalara əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin o da bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir və ehtiyac yarandığı halda qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.

Yevlaxda sosial aksiya

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Yevlax Şəhər İcra Hakimiyyəti birgə sosial aksiya təşkil edib.

Aksiya zamanı RİİB könüllüləri tərəfindən yaşı 65-dən yuxarı, tənha yaşayan şəxslərə, həmçinin mövcud vəziyyətlə əlaqədar sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Sakinlərlə maarifləndirici söhbət aparılaraq, şəxsi gigiyena və sosial təcridolma qaydalarına əməl etməyin vacibliyi bir daha vurğulanıb.

Dövlət tərəfindən koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarışısının alınması istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərdən razılıqlarını ifadə edən sakinlər bu həssas dövrdə vətəndaşlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şirvanda dezinfeksiya işləri davam etdirilir

Şirvan şəhərində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir.

Şəhərin küçə və prospektləri təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla, ümumilikdə, 191 obyektdə dezinfeksiya işləri davam etdirilib.

Eyni zamanda, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrupun üzvləri tərəfindən gün izahetmə-xəbərdarlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilir.

Şəkidə maskaların fərdi şəkildə hazırlanması təşəbbüsü irəli sürülüb

Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə sakinlərin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Əhalinin qoruyucu maskalara olan ehtiyacını nəzərə alaraq, şəhər icra hakimiyyətinin rəhbərliyi maskaların fərdi şəkildə hazırlanması təşəbbüsünü irəli sürüb. Şəhərdə dərzi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər bu təşəbbüsə həvəslə qoşulublar. Bu məqsədlə onlar üçün lazımi şərait yaradılıb. Pambıq parçadan tam steril şəraitdə tikilən maskalar daha çox ehtiyacı olan sahələrə və şəxslərə paylanılır.

Həmçinin Şəki şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər, həmçinin maarifləndirmə işləri də davam etdirilir.

Şamaxıda əhaliyə tibbi maskalar paylanılır

Şamaxı Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, habelə könüllülər ərzaq mağazalarında sahibkarlar və sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirici söhbətlər aparır, ticarət obyektlərində sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi səviyyəsi ilə maraqlanır.

Habelə, rayon icra hakimiyyətinin təşəbbüsü ilə hazırlanan tibbi maskalar mağaza və küçələrdə sakinlərə paylanılır.

Hər yerdə vətəndaşlara bir daha xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılır, özlərinin və yaxınlarının müəyyən olunan qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılır.

Zaqatalada aztəminatlı ailələrə çörək verilir

Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara rayonda fəaliyyət göstərən “Çörək və qənnadı məmulatları” müəssisəsində istehsal olunan çörək məmulatlarının pulsuz paylanılmasına başlanılıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Zaqatala rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər də davam etdirilir.

Zaqatala şəhərinin küçə və səkilərində, yaşayış məhəllələrində, park və meydanlarda, satış mərkəzlərində növbəti dəfə təmizlik və dezinfeksiya işləri aparılır.

Füzulidə yaşlılara və aztəminatlı ailələrə yardım olunur

Füzuli rayonunda sosial izolyasiyanın tətbiqi, habelə fərdi izahetmə-xəbərdarlıq işləri aparılır.

Rayon İcra Hakimiyyətinin, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti gücləndirilib.

Rayonun ayrı-ayrı yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı ailələrin siyahısı hazırlanıb, onlara ərzaq bağlamalarının və tibbi ləvazimatların paylanması təşkil edilir.

Bundan başqa, rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı gündəlik dezinfeksiya işləri də davam etdirilir.

Qəbələdə yüzlərlə aztəminatlı ailəyə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımı edilib

Qəbələ rayonunda aztəminatlı ailələrin, ahıl, tənha vətəndaşların sosial ehtiyaclarının ödənilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə bu günədək 250-dən çox aztəminatlı ailəyə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımı olunub və davam etdiriləcək.

Rayon icra hakimiyyəti tərəfindən yaradılan mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarının yerinə yetirilməsi üçün əhali arasında mütəmadi olaraq maarifləndirmə və izahat işləri aparır, vətəndaşlardan karantin rejiminin tələblərinə ciddi şəkildə riayət etmələri tələb olunur, onlara evdə qalmaq, küçəyə çıxmamaq tapşırılır.

Balakəndə maarifləndirici təbliğat üçün 25 mobil qrup yaradılıb

Balakən rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib. İcra hakimiyyəti aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə üzvlərindən ibarət 25 mobil qrup yaradılıb.

Qrup üzvləri gündəlik olaraq əhali arasında maarifləndirici təbliğat işləri aparır.

Həmçinin xüsusi karantin rejimində fəaliyyətlərinə icazə verilmiş həyati əhəmiyyət daşıyan bir sıra sahibkarlıq subyektlərində və şəhərin küçələrində dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aprelin 20-dək tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan edilib, yaxın təmasları azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR