Slimfit
  1. AZƏRBAYCAN

Karantin dövründə məhkəməyə müraciət müddəti ötürülmüş sayılmır

Karantin dövründə məhkəməyə müraciət müddəti ötürülmüş sayılmır
Sakura

Karantin dövründə məhkəməyə müraciət müddəti ötürülmüş sayılmır

"Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə vətəndaşların məhkəməyə müraciət etməsi üçün nəzərdə tutulan prosessual müddətlər ötürülmüş sayılmır".

Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda Yasamal rayon məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

Onun sözlərinə görə, vətəndaşlar işlərə tez baxılması üçün “Elektron məhkəmə” sistemi vasitəsilə onlayn qaydada müraciət etmək hüququna malikdirlər: “Ancaq vətəndaşlar hər hansı səbəbdən onlayn qaydada müraciət etməsə belə, bu, onlar üçün müddətin ötürülməsinə səbəb olmur”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR