Slimfit
  1. CƏMİYYƏT

“Karantin aradan qaldırılmalı, rayonlara gediş-gəliş bərpa edilməlidir” – AÇIQLAMA

“Karantin aradan qaldırılmalı, rayonlara gediş-gəliş bərpa edilməlidir” – AÇIQLAMA
Sakura

“Karantin aradan qaldırılmalı, rayonlara gediş-gəliş bərpa edilməlidir” – AÇIQLAMA

“Yumşaldılma artıq başlanılıb. Dövlət başçısı tərəfindən buna qərar verilib. Bu da düzgün qərardır. Uzun müddət insanları karantində saxlamaq olmaz. Bu, həm psixoloji cəhətdən böyük təsir edir, həm əməkhaqqına, həm də övlət büdcəsinə müəyyən təsir edir”.

Ens.az xəbər verir ki,bu fikirləri Qazet.az-a açıqlamasında Millət vəkili Vahid Əhmədov səsləndirib.

Millət vəkili qeyd edib ki, yumşaldılma davam etməli və regionlara gediş-gəliş də bərpa edilməlidir.

“Yumşaldılmanı daha da genişləndirmək lazımdır. Yavaş-yavaş karantini aradan qaldırmaq lazımdır. Rayonlara gediş-gəlişi də bərpa etmək lazımdır. İnsanlar da qarşılarına qoyulan vəzifələrə diqqət yetirməlidir. Dövlət tərəfindən hansı tədbirlər həyata keçirilirsə, insanlar ona əməl etməlidir. Məsafə saxlamaq, maskadan isitfadə və s. Dövlət başçısı da yumşaldılmanın tərəfdarı oldu. İnsanlar gedib işləməlidirlər. Əməkhaqqı almalıdırlar. Ailələrini saxlamalıdırlar. Ona görə də deyirik ki, karantin yumşaldılsın”, – Vahid Əhmədov qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR