Slimfit
  1. İQTİSADİYYAT

“Kapital Bank” ötən ili mənfəətlə başa vurub

“Kapital Bank” ötən ili mənfəətlə başa vurub
Sakura

“Kapital Bank” ötən ili mənfəətlə başa vurub

“Kapital Bank” ASC 2023-cü ili 242,209 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 21,4 % azdır.

Ötən il “Kapital Bank”ın gəlirləri 1 180,368 milyon manat (əvvəlki illə müqayisədə 17,6 % çox), xərcləri 759,593 milyon manat (39,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 108,362 milyon manat (44,2 % çox), mənfəət vergisi ödəmələri isə 70,205 milyon manat (9,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 8 659,618 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,7 % çoxdur. Bunun 3 811,709 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 36,6 % böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 10,8 % artaraq 7 748,329 milyon manata, o cümlədən depozit portfeli 3,7 % artaraq 6 321,619 milyon manata, balans kapitalı isə 10,2 % artaraq 911,289 milyon manata çatıb.

Ölkənin I bankı olan “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın səhmlərinin 81,08%-i “PAŞA Holdinq” MMC-yə, 18,92 %-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.

"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

"Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR