Dərc edildi: Baxış sayı: 570
Kanadada təyyarə avtomobil yoluna enib
Hadisə Kanadanın Qubek vilayətində, dünən baş verib. Təkmotorlu balaca Piper Cherokee markalı təyyarənin pilotu texniki problemlə qarşılaşdığı üçün bu addımı atmalı olub.
Pilot dünən yerli vaxtla 10:30-da yerli xilasetmə qurumu ilə əlaqə saxlayaraq, Jan-Lesage Beynəlxalq Hava limanından cəmi bir neçə kilometr cənubda yerləşən avtomobil yoluna enmək üçün icazə istəyib. Həmin vaxt o yolla hərəkət edən sürücülərdən biri hadisəni anbaan videogörünyüyə alıb.
Pilot çətin işin öhdəsindən uğurla gəlib. Yerli polis onun vəziyyətinin yaxşı olduğunu, texniki problemə görə belə addım atdığını təsdiqləyib. Təyyarənin təxliyə edilməsi üçün magistral 1 saatlıq bağlanıb.
Mənbə: milli.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət