Dərc edildi: Baxış sayı: 490
Kanadada koronavirusa yoluxanların sayı 44 mini ötdü
Kanadada COVID-19-a yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 44 353 nəfərdə koronavirus təsdiq edilib, onlardan 2 250-si dünyasını dəyişib.
COVID-19-a ən çox yoluxma Kvebek (22 616) və Ontario (13 995) əyalətlərində qeydə alınıb.
Yeni yoluxma hallarının müəyyən edilməsi üçün 669 558 test keçirilib
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət